Ağdamda yanğını o TÖRƏDİBMİŞ

16:20 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 18-də Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 6 hektar biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalar nəticəsində yanğını kənd sakini, 28 yaşlı Sənan Əmirovun törətdiyi məlum olub.

O saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.